Ukrayna Prezidenti Volodimir Zelenski ordunun bütün generallarını səngərdə olmağa çağırıb.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun sözlərini “İnsider UA” teleqram kanalında yazır.
“Generallar səngərdə olmalıdırlar. Təcrübəsinə baxmayaraq, səngərdə olmayan general mənim üçün general deyil”, - deyə Ukrayna lideri vurğulayıb.
Zelenski bunu hərbi rəhbərlərin tabeliyində olanlarla birbaşa təmasda olmasının zəruriliyi ilə izah edib. Eyni zamanda, onun sözlərinə görə, hazırda cəbhədə çox çətin vəziyyət yaranıb.
"Cebheinfo.az"