AZ

Dəniz suyundan plastik hazırlandı

Yapon alimin rəhbərlik etdiyi beynəlxalq komanda dəniz suyunda yüksək dayanıqlı və bioloji parçalana bilən yeni plastik növünün hazırlanması barədə məlumat verib.

Modern.az xəbər verir ki, yaradıcıların iddia etdiyinə görə, təkrar emal edilə bilən bu plastik ətraf mühitin çirklənməsini və dünya okeanında mikroplastikin yığılmasını azaltmağa kömək edir.

“RIKEN” Təbiət Elmləri İnstitutunun Yaranan elmi məsələlər Mərkəzindən Aida Takudzonun rəhbərlik etdiyi tədqiqat qrupu Amerikanın “Science” elmi nəşrində tədqiqatların nəticələrini dərc edib.

Qrup qazıntı yanacaq növlərindən hazırlanan ənənəvi plastikləri əvəz edə biləcək materialın yaradılması üzərində işləyirdi.

Tədqiqatçılar polipropilenlə eyni möhkəmlikdə və istiliyə davamlılığa malik olan, rəngsiz və şəffaf yeni plastik növü tapdıqlarını bildiriblər.

Yeni material supramolekulyar plastik adlandırılıb və bu, “strukturları potensial geri çevrilə bilən, qarşılıqlı təsirlərlə qorunan polimerlərdir”.

Aida Takudzonun sözlərinə görə, yeni plastik növü mikroplastik istehsal etmədən təkrar emala və bioloji parçalanmaya məruz qala bilər. Alim, həmçinin bu materialın çoxlu müxtəlif məqsədlər üçün istifadə edilə biləcəyinə də ümid etdiyini bildirib.

Seçilən
1
9
korrespondent.az

10Mənbələr