AZ

Xronika: "Qərbi skif skeletlərinin analizi varislərinin azərbaycanlılar olduğunu göstərdi"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
Oxu.Az xəbər verir ki, "Qərbi skif skeletlərinin analizi varislərinin azərbaycanlılar olduğunu göstərir" adlı buraxılışda tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini Zaur Həsənov skif və sak tayfalarının Azərbaycanda məskunlaşdığını sübut edən dəlillərdən söz açır.
Onun sözlərinə görə, skiflərə aid cəmi iki yazı günümüzə gəlib çatıb: "Erkən skif sözləri tamamilə türkcədir. Herodotun 9 kitabından biri tamamilə skiflərə həsr olunub. Herodot kitabında qeyd etdiyi skif sözləri türkcədir. Skiflərin İran xalqları ilə heç bir əlaqəsi yoxdur".
O deyib ki, "Altun adam" yazısı türk dilində, bayatı qaydasında yazılıb: "Sak tayfalarının Azərbaycanda məskunlaşdığını sübut edən dəlillər mövcuddur. Skif mifləri və zadəgan qəbir adəti Azərbaycan xalqının inancları ilə eynidir. Skif skeletlərinin genetik analizi onların varislərinin kim olduğunu müəyyən edib. Belə ki, genetik analizlərin nəticəsi skiflərin varislərinin azərbaycanlılar olduğunu sübut edib. Yəni Qərbi skif skeletlərinin analizi varislərinin azərbaycanlılar olduğunu göstərir. 105 skelet əsasında müəyyənləşib ki, şərq qrupunun varisləri qıpçaqlardır".
Z.Həsənov sonda Herodot kitabında skiflər haqqında yazılardan, eləcə də 105 skif skeletinin genetik analizinin nəticələrindən söz açıb.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Seçilən
36
18
oxu.az

10Mənbələr