AZ

Paşinyan saqqalını buna görə kəsibmiş... - SƏBƏB

Ermənistanın Baş naziri Nikol Paşinyan imicini dəyişməsi ilə bağlı danışıb.

Referans.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, ölkənin ictimai televiziyasına müsahibəsində hökumət başçısı vəzifəsinə gəldikdən 6 il sonra qəfildən niyə üzünü qırxması sualına belə cavab verib:

"Bunu böyük qızımın ad günü üçün etmək qərarına gəldim. İndi bu efirə gedəndən sonra digər qızlarım mənə sual verəcəklər ki, niyə onun ad günündə, bizim ad günümüzdə yox? Aşot bu baxımdan iddialı deyil, əminəm ki, belə bir sual qoymayacaq".

Qeyd edək ki, Paşinyanın 3 qızı, bir oğlu var.

Seçilən
18
10
referans.az

10Mənbələr