AZ

Lavanda – dəmlə iç yorulanda

Lavanda bitkisinin həm çiçəkləri, həm otu, həm də toxumları olduqca faydalıdır. Bəzi bitkilərin istər qoxusu, istərsə dadı acı və xoşagəlməz olsa da, lavanda həm ətrinə, həm də dadına görə fərqlənir. 

Avropa ölkələrində, demək olar, bütün dövlətlərdə plantasiyalarda becərilən lavanda o qədər gözəl görüntü yaradır ki, qonaq gələn xarici turistləri bu sahələrə gəzməyə gətirirlər. Bu plantasiyaların ətrafında havada çox gözəl qoxu olur, gələn insanlar da sahədən ayrılmaq istəmirlər. Lavandanın həm ətri, həm də çayı insanların əsəblərinə sakitləşdirici təsir göstərir.

Lavanda toxumlarından 50 qram götürülür, balaca bir yastıq hazırlanır, kiçik yaşlı uşaqların yataq yerinin yaxınlığına qoyulur. Bu, uşaqların həm əsəblərinə müsbət təsir edir, həm də gözəl ətri otağa yayılır.

Lavanda bitkisindən 2 xörək qaşığı 2 stəkan suda dəmlənir, süzülür, yuyulduqdan sonra saçlar həmin dəmləmə ilə yaxalanır. Lavanda dəmləməsi saçları gurlaşdırır və baş dərisində olan kiçik mikroorqanizmləri məhv edir. Həmin mikroorqanizmlər saçlarda kəpək yaradır, qaşınma verir və sonda saçların tökülməsinə səbəb olur.

Z.HÜSEYNLİ 
XQ

 

Seçilən
18
xalqqazeti.az

1Mənbələr