AZ

Kanada Çini Arktikada kəşfiyyat məlumatları toplamaqdaGÜNAHLANDIRDI

Çinin Arktikadakı fəaliyyəti elmi tədqiqatların hüdudlarını aşır, onlarlar regionda kəşfiyyat məlumatları toplayır.

Redaktor.az xəbər verir ki, bu barədə Kanadanın milli müdafiə naziri Uilyam Bler Halifaksda təhlükəsizlik forumu zamanı bildirib.

"Çin Arktikada iki üsulla işləyir. Birincisi - iqtisadi təzyiq, oradakı infrastruktura investisiyalar vasitəsilə. İkincisi isə elmi tədqiqat adlandırdıqları vasitə ilə", - nazir deyib.

Onun sözlərinə görə, Kanada onların Arktikada təkcə elmi tədqiqat məqsədilə deyil, mövcudluğunun artımını müşahidə edir.

"Onlar dəniz dibinin xəritəsini çıxarırlar və kəşfiyyat məlumatları toplayırlar", - Bler vurğulayıb.

Seçilən
13
11
redaktor.az

10Mənbələr