AZ

“Sumqayıt Tikiş” ASC səhmdarlarının nəzərinə!

24 dekabr 2024-cü il saat 13.00-da “Sumqayıt Tikiş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir. 

Yığıncağın gündəliyi: 

1. ASC-nin idarəetmə orqanlarının 2023-cü ilə aid maliyyə-təsərrüfat fəaliyyəti barədə hesabatı. 

2. “Sumqayıt Tikiş” ASC-nin idarə heyətinin sədrinin və digər idarəetmə orqanlarının seçilməsi. 

3. Digər məsələlər. 

Ümumi yığıncağın gündəliyinə aid materiallarla tanışlıq üçün iş günləri ASC-nin rəhbərliyinə müraciət etmək olar. 

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir. 

Nəzərinizə çatdırırıq ki, ASC uzun müddət fəaliyyət göstərməmiş və hazırda da fəaliyyət göstərmir. Bu barədə keçmiş Vergilər Nazirliyinin müvafiq rəsmi sənədi vardır. 

Ünvan – Sumqayıt şəhəri, kottec, 24-cü məhəllə, 1-ci keçid 38 A. ASC-nin inzibati binası. 

İdarə heyəti

 

Seçilən
14
xalqqazeti.az

1Mənbələr