Qoç - bilik və bacarıqlarınızı artırın. İxtisas müstəvisində irəliləyişlər üçün imkanlar var. Kommersiya, bizneslə məşğul olanlar üçün əlverişli zamandır.
Buğa - hissləriniz işlərinizə köklü təsir etməsin. Günün ilk yarısında fikir ayrılıqları və ya münaqişə əhvalınızı korlaya bilər. Önəmli iş üçün əlverişli zaman deyil. Yaxşı tanımadığınız insanlarla ünsiyyəti məhdudlaşdırın.
Əkizlər - günün ilk yarısında enerji aktivliyi səviyyəniz aşağıdır. Səhhətinizdə kiçik problemlər yarana bilər. Amma buna görə nəzərdə tutulan işləri təxirə salmayın. Tənbəllik etməyin, süstlüyə qapılmayın.
Xərçəng - günün ilk yarısı önəmli işlər zamanı deyil. Diqqətsizlik və ya unutqanlıq ağır fəsadlı problem yaratmasın deyən ayıq olun. İmkan varsa, zəruri informasiyanın axtarışlarına başlayın.
Yaxınlarınıza vaxt ayırın. Onların işlərində iştirak edin. Münasibətlərdə müəyyən problemlər ola bilər. Sevdiyiniz insan sizi onu anlamamaqda suçlayacaq.
Şir - günün ilk yarısında insanların gur olduğu məkanlara yollanmayın. Mühüm hesab etdiyiniz işdə diqqətlə davranaraq bütün detallara fikir verin.
Qız - bilavasitə sizinlə bağlı işlərin bir parasını ertələmək olar. Daha münasib zamanı gözləməkdən çəkinməyin. Uzunmüddətli səyahət, ağır fiziki iş və ya dəvət alınan tədbirə qatılmaq üçün münasib zaman deyil.
Tərəzi - günün ilk yarısında işlərin planlaşdırılması ilə məşğul olun. Çoxdan bəri gerçəkləşdirmək istədiyiniz laiyhənin reallaşdırılması istiqamətində ilk addımları atın. Məqsədi dəqiqləşdirin və bunu unutmayın. Sərvaxt olun, ehtiyatı əldən verməyin.
Əqrəb - uzunmüddətli fəaliyyət planının hazırlanmasında xeyir var. Mütəxəssisin köməyinə, dostun yardımına ehtiyacınız var. Problemin həlli üçün alternativ fikirləri də dinləyin. Sərfəli ola biləcək ideyaları qulaqardına vurmayın.
Oxatan - yaranmış situsiyadan asılı olaraq planlara dəyişikliklər zərurəti yaranacaq. Narahat olmayın, köklü yeniliklərə ehtiyac duyulmur. Sadəcə, bəzi detalları dəyişmək gərəkdir.
Oğlaq - səhv riski çox böyükdür. Əsas işlə məşğul olaraq ikinci dərəcəli məsələlərə diqqətinizi yayındırmayın. Əks təqdirdə bütün günü xoşagəlməz səhvlərlə yanlışlıqların fəsadlarının aradan qaldırılmasına həsr edəcəksiniz.
Dolça - planları hazırlayanda detallara fikir verin. Ən xırda məqamlar belə, diqqətinizdən yayınmamalıdır. Uğur bilavasitə sayıqlığınızdan asılıdır.
Balıqlar - günün ilk yarısı genişmiqyaslı layihəyə başlamaq, köhnə problemin sürətli həllinə start vermək üçün münasib deyil. Rutin, ənənəvi işlərlə məşğul olun.
Milli.Az