AZ

İqlim maliyyəsi ilə bağlı razılıq üçün imkanımız var

Braziliya Azərbaycana Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrlə (NDCs) sadiqliklə gəlib. Bu xüsusda Braziliya başqa ölkələr üçün nümunə olmağa sadiqdir.

 

Modern.az xəbər verir ki, bu fikirləri Braziliyanın ətraf mühit naziri xanım Marina Silva COP29 çərçivəsində noyabrın 23-də keçirdiyi mətbuat konfransında deyib.

 

“Təəssüf ki, biz hələ də iqlim maliyyəsi ilə bağlı razılığa gələ bilmirik, halbuki razılıq eldə etmək üçün imkanımız var, bunun üçün hamımız səylər göstəririk”, - deyə nazir bildirib. O, tərəflərin iqlim maliyyəsi və ədalətli enerji keçidi kimi mühüm məsələlər üzrə razılıq əldə etməli olduqlarını diqqətə çatdırıb.

 

“İnkişaf etmiş ölkələr iqlim maliyyəsi ilə bağlı üzərlərinə götürülən öhdəliklərini yerinə yetirməlidir”, - deyən Marina Silva əlavə edib ki, bu dövlətlərin iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyə ayırması inkişafda olan ölkələrə xüsusi güzəşt sayılmamalıdır.

 

Braziliya rəsmisi bildirib ki, Bakıda olmaqdan və Azərbaycandan COP sədrliyini qəbul edəcəklərindən çox məmnundurlar. “COP-un uğuru bizim birgə göstərdiyimiz səylərin uğuru olmalıdır və biz üzərimizə götürdüyümüz öhdəliklərin yerinə yetirilməsinə sadiq qalmalıyıq”, - deyə o vurğulayıb.

Seçilən
20
3
modern.az

4Mənbələr