Fransanın xarici işlər naziri Jan-Noel Barro Kiyevin Rusiya ərazisinə uzaqmənzilli fransız raketləri atmaq hüququnun olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, BBC-yə müsahibəsində danışıb.
O qeyd edib ki, Kiyev bu özünümüdafiə məqsədilə Rusiyaya raket ata bilər. Nazirin fikrinə görə, Qərbin Ukraynaya dəstək məsələsində məhdudiyyətləri olmamalıdır və Avropanın təhlükəsizliyi Kiyevə yardımdan birbaşa asılıdır.
Müəllif: Arzu