Əvvəllər piylənmə və artıq çəki ilə əlaqələndirilən 5 tip xərçəng siyahısına daha bir neçəsi əlavə edilib.
Viral.az xəbər verir ki, ÜST-ün Beynəlxalq Xərçəng araşdırması Agentliyinin siyahısı dərc edilib.
2002-ci ildə bu qrupun apardığı tədqiqat, artıq çəkinin 5 tip xərçəng – bağırsaq, mədə, süd vəzi, uşaqlıq və böyrək şişlərinə səbəb ola bilməsini sübut etmişdi.
Son Yazılar:
- Köklük, piylənmə 13 növ xərçəngi ARTIRIR
- “Ana olmaqdan özüm imtina etmişəm, həyatım daha vacib idi” – Aparıcı
- Mənə bir də bu barədə sual verməyin
Bu dəfə 1000 tədqiqatı araşdıran qrup siyahıya bir neçə tipi da əlavə edib.
Bunlar: qaraciyər, öd kisəsi, mədəaltı vəz, yumurtalıq, qalxanvariz vəz, qan xərçəngi, meninqioma, mielomadır.
Belə ki, 30 indeksdən yuxarı kökəldikdə mədə, qaraciyər, böyrək xərçəngi riski 70% artır.
Qadınlarda piylənmə süd vəzi, yumurtalıq xərçəngi riskini 30% artırır.
Alimlər bunun səbəbini artıq piy toxuması zamanı bədəndə normadan artıq estrogen, testosteron və insulin hormonlarının ifrazında görür.