AZ

Yaponiya silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlayır

Bakı. TurkicWorld:

Yaponiya hökuməti hərbi-sənaye kompleksinin keyfiyyətcə inkişafı və silah ixracının genişləndirilməsi üçün yeni strategiya hazırlamağa başlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Məlumata görə, hərbi texnikanın xaricə tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılması iqtisadiyyatın bu sektorunun biznes, o cümlədən kiçik və orta sahibkarlar üçün cəlbediciliyini artırmaq məqsədi daşıyır.

Yeni strategiyanı əks etdirən sənədlərin 2025-ci ildə dərc olunması gözlənilir.

Seçilən
6
5
turkic.world

6Mənbələr