AZ

BMT Baş katibi: "COP29-da razılığın əldə edilməsi zəruri idi"

COP29-da əldə olunmuş razılaşma iqlim dəyişikliyi ilə mübarizədə gələcək addımların əsasını qoyur.

Publika.az xəbər verir ki, bunu BMT Baş katibi Antoniu Quttereş COP29-la bağlı bəyanatında bildirib.

“Qlobal istiləşmə həddini 1,5°C-də saxlamaq üçün COP29-da razılığın əldə edilməsi zəruri idi. Qarşılaşdığımız böyük problemlərin həlli üçün həm maliyyələşdirmədə, həm də təsirlərin yumşaldılmasında daha iddialı nəticələrə ümid edirdim, lakin təqdim olunan razılaşma gələcək inkişaf üçün əsas yaradır.

Bu, tam və vaxtında tamamlanmalıdır.

Mən hökumətləri bunu təcili şəkildə etməyə çağırıram”, - BMT Baş katibi qeyd edib.

Seçilən
50
publika.az

1Mənbələr