AZ

Avropa Komissarı: COP29 iqlim maliyyəsində yeni eranın başlanğıcı kimi xatırlanacaq

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim maliyyəsində yeni eranın başlanğıcı kimi xatırlanacaq.

"Report" xəbər verir ki, bunu İqlim məsələləri üzrə Avropa Komissarı Vopke Hukstra COP29-un, Kyoto Protokolunun Tərəflərinin görüşünün (CMP19) və Paris Sazişi Tərəflərinin görüşünün (CMA6) bağlanış plenarında deyib.

O bildirib ki, hazırda dünya son dərəcə çətin geopolitik dövrdən keçir və belə zamanda vəziyyətin düzələcəyi ilə bağlı hissə qapılmaq doğru olmaz: "Belə bir məqamda yekun razılığa gəlmək çox böyük nailiyyətdir. Hər birimiz daha çox maliyyə təmin etmək üçün gərgin əmək sərf etdik. 100 milyard ABŞ dollarI hədəfini 3 dəfə artırdıq. Bu, daha real hədəfdir. Biz maliyyəni gələcəkdə artırmağı da qəbul edirik. İqlim qarşısında daha müdafiəsiz ölkələrə dəstək olmaq üçün çox çalışdıq və onların maliyyəyə əlçatanlığı təmin olunacaq".

Seçilən
11
11
far.az

10Mənbələr