AZ

Vopke Hukstra: Həm inkişaf etmiş ölkələr, həm də Aİ olaraq biz iqlim maliyyəsinin təminatı üzrə məsuliyyət daşıyırıq

"Həm Avropa İttifaqı olaraq biz, həm də bütövlükdə inkişaf etmiş ölkələr iqlim maliyyəsinin təminatı üzrə məsuliyyət daşıyır".

APA xəbər verir ki, bunu Avropa İttifaqının iqlim fəaliyyəti üzrə komissarı Vopke Hukstra deyib.

O deyib ki, ittifaqda bütün ölkələrin daha çox maliyyə vəsaitini təmin etmək iqtidarında olduğunu hesab edirlər:

"Elə ölkələr var ki, onlarda adambaşına düşən ümumi daxili məhsulun həcmi Avropa İttifaqı ölkələrindən daha çoxdur. Burada ədalət məsələsi mühüm rol oynayır və biz problemləri birlikdə həll etmək istəyirik. Maliyyə vəsaitinin təmin olunması Avropa İttifaqına üzv olan hər bir ölkənin məsuliyyətindədir".

V. Hukstra həmçinin COP29 Prezidentliyinin fəaliyyəti ilə bağlı sualı da cavablandırıb:

"Görünən odur ki, danışıqlar prosesi kifayət qədər mürəkkəb olub. Mən onlara bu gərgin fəaliyyətinə və tərəfləri razılaşmaya cəlb etmək istiqamətindəki cəhdlərinə görə təşəkkür edirəm. Həm Muxtar Babayev, həm də Yalçın Rəfiyevin komandası bu müddətdə kifayət qədər gərgin işlər gördü. Problemin həcmini və mürəkkəbliyini nəzərə alaraq, tərəflərin razılığa gəlməsi məqsədilə liderlik nümayiş etdirilməsinə çalışacağıq".

Seçilən
6
1
apa.az

2Mənbələr