ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişənin həlli prosesində əsas danışıqçı rolunu oynamaq istəyir.
APA xəbər verir ki, bu barədə Axios portalı siyasətçinin seçki qərargahının mətbuat katibi Karolin Levittə istinadən məlumat yayıb.
“Prezident Tramp girov saxlanılan günahsız insanları evlərinə qaytarmağa çalışacaq”, - Levitt vurğulayıb.