AZ

Rusiya ilə dialoq başlanmalıdır - Merkeldən çağırış

Kiyev və onun Qərb müttəfiqləri Ukraynadakı münaqişənin həlli ilə bağlı Rusiya Federasiyası ilə dialoqa başlamalıdırlar.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Almaniyanın keçmiş kansleri Angela Merkel “The Times” qəzetinə müsahibəsində deyib.

O, həmçinin qeyd edib ki, o, Avropa İttifaqının hazırkı liderlərinin Ukraynaya yardım göstərmələri ilə bağlı hərəkətlərini dəstəkləyir.

“Lakin mən əminəm ki, müəyyən məqamda və indi buna cavabdeh olan şəxslər dialoqun lazım olduğunu deyəcəklər. Sırf hərbi həll yolu olmayacaq”, - deyə Merkel bildirib.


Müəllif: Pərvin Cəfərova
Seçilən
37
teleqraf.com

1Mənbələr