AZ

Limon sizi arıqladacaq

Hər bir fəsildə süfrələrin bəzəyi olan limon sağlamlıq baxımından çox faydalıdır. C vitamini deposu sayılan bu meyvə bədəndən sərbəst radikalları xaric edərək, antioksidan vəzifəsini yerinə yetirir. Eyni zamanda immuniteti gücləndirərək, viruslara qarşı mübarizə aparır.

Azreform.info xəbər verir ki, bu qədər faydası olan limonun xüsusilə də xanımları sevindirəcək daha bir özəlliyi var. Limon arıqlamağa kömək edir. Metabolizmanı sürətləndirir, qaraciyəri təmizləyərək həzm sisteminin daha yaxşı işləməsinə komək edir. Sellülitlərlə mübarizə aparır.

Hər səhər gunə yarım limon sıxılmış bir fincan su içməklə başlamaq, qısa müddət ərzində özünüzdə müsbət dəyişikliklər hiss etməyinizə səbəb olacaq.

Seçilən
10
4
azreform.info

5Mənbələr