Kişi həndbolçulardan ibarət “Kür” klubunun Avropa kubokunun 3-cü mərhələsindəki oyunlarının hakimləri bəlli olub.
İdman.biz xəbər verir ki, Mingəçevir klubunun matçlarını Moldovadan olan ədalət təmsilçiləri idarə edəcəklər.
İslandiyanın “Haukar” klubu ilə hər iki görüşə Dorian Sırbu və Viktor Serdyuk təyinat alıblar. Matçın EHF nümayəndəsi türkiyəli Kenan Gökmen olacaq.
Qeyd edək ki, komandalar arasında ilk matç noyabrın 30-da, cavab matçı dekabrın 1-də keçiriləcək. “Kür” Olimpiya İdman-Tədris Mərkəzində baş tutacaq hər iki qarşılaşma saat 17:00-da başlayacaq. İlk oyunda “Haukar”, cavab matçında “Kür” meydan sahibi statusu daşıyacaq.
İdman.biz