İordaniyanın paytaxtı Əmmanda İsrail səfirliyi yaxınlığında atışma baş verib.
Publika.az xəbər verir ki, bu barədə Qətərin "Əl-Cəzirə" telekanalı məlumat yayıb.
Bildirilib ki, hücum zamanı səfirliyin 3 mühafizəçisinin yaralanıb, hücum edən şəxs isə öldürülüb.
"The Times of Israel" yazır ki, polis və həkimlər təcili olaraq İsrail səfirliyinin yerləşdiyi əraziyə gəliblər.
Mediada hüquq-mühafizə orqanlarının əməkdaşlarının əhaliyə müraciət edərək evlərini tərk etməmələri və cinayətkarların axtarışının davam etdiyi bildirilir.