AZ

70 KİLOQRAMLIQ QIZIL: KEÇMİŞ DİPLOMAT AZƏRBAYCANI DEYİL, QIR-QIZIL BARƏDƏ DÜŞÜNÜRMÜŞ!

 Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərinin "Vadistanbul" ticarət mərkəzinin qarşısında dayanmış taksidə 70 kiloqram qızıl ələ keçirilib.

Tezadlar.az bildirir ki, bu barədə "Cumhuriyyet" qəzeti məlumat yayıb. Bəlli olur ki, bu, İstanbul polisinin keçirdiyi əməliyyat zamanı taksidə olan azərbaycanlı M.Ş.G. qızılların ona məxsus olduğunu, özünün də diplomat olduğunu iddia edib. Lakin polis əməkdaşları şübhəlinin ifadəsinə məhəl qoymayaraq onu saxlayıblar. İstanbul Prokurorluğu hadisə ilə bağlı araşdırmanın davam etdiyini və şübhəlinin diplomatik toxunulmazlığının olub-olmamasının araşdırıldığını açıqlayıb. Azərbaycan KİV-lərinin məlumatına əsasən, tutulan şəxs bir müddət əvvəl Azərbaycanın ABŞ-dəki Səfirliyində hərbi attaşenin köməkçisi vəzifəsində çalışıb. Həmin şəxsin Azərbaycanın Səudiyyə Ərəbistanında hərbi attaşe təyin olunduğu barədə məlumat yayılsa da, bu xəbər də öz təsdiqini tapmayıb. Onun hazırda Bakıya ekstradisiya edildiyi bildirilir.

Tezliklə bu yalançı diplomatın kimliyi bəlli olacaq. Əgər gerçəkdən də o Azərbaycanın hansısa xarici ölkədəki səfirlik əməkdaşı olubsa, bu o deməkdir ki, o, milli maraqlarını qorumaöa borclu olduğu Azərbaycanı deyil, qıbrə aparacağı qır- qızılı barədə düşünübmüş. Hansı ki, qızıl heç kimə qismət olmur, o bir əldən başqa ələ keçir... İndi isə həmin şəxsin özü də ələ keçdi...

A.Məmmədli

Seçilən
62
tezadlar.az

1Mənbələr