AZ

Şəkidə 21 yaşlı oğlan dəm qazından boğulub öldü

Şəkidə gənc oğlan dəm qazından boğularaq dünyasını dəyişib.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə noyabrın 23-dən 24-ə keçən gecə Şəki şəhəri, M. Hüseynzadə küşəsi, ev 40 ünvanında baş verib.

 

2003-cü il təvəllüdlü Süleyman Rəcəb oğlu Mustafayev huşsuz vəziyyətdə evin vanna otağında ailə üzvüləri tərəfindən aşkarlanıb.

 

Hadisə yerinə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin Şəki rayon şöbəsinin həkim briqadası cəlb olunub.

 

İlkin müayinə və baxış zamanı 21 yaşlı S. Mustafayevin dəm qazından boğularaq öldüyü məlum olub.

 

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
8
31
senzor.az

10Mənbələr