Premyer Liqada “Nottingem Forest”i 3 qolla məğlub edən “Arsenal” 4 oyundan sonra meydanı qələbə ilə tərk edib.
Apasport.az xəbər verir ki, "Arsenal" matçın 15-ci dəqiqəsində Bukayo Sakanın qolu ilə önə keçib, 52-ci dəqiqədə isə Tomas Partey fərqi ikiyə çatdırıb. Qarşılaşmanın 86-cı dəqiqəsində Ethan Nvaneri hesabı müəyyənləşdirib.
Bu matçla "Arsenal" İngiltərənin yüksək liqalarında (Premyer Liqa və 1-ci Liqa) qalibiyyət sayını 2000-ə çatdırıb.
"Arsenal" tarixdə bu uğura imza atan ikinci komanda olub. 2068 qələbə ilə "Liverpul" liderdir.
Zubimendi “Liverpul”un hədəfində
Flik “Barselona”da uzun müddət qalmayacaq
İsak “Nyukasl”ı tərk edir
Keyn Haalandı geridə qoydu
Lukman üçün 2 müştəri