AZ

“Qrupda bir komandanın reytinqdə bizdən sonra olması daha məqsədəuyğundu”

Yığmamızın DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində yer alacağı səbət dəqiqləşib. Biz 4-cü səbətdə olacağıq.

Bu isə o deməkdi ki, püşk ölkəmizi 5 komandalı qrupa salsa, rəqiblərdən biri Moldova, Malta, Andorra, Cəbəllütariq, Lixtenşteyn və ya San Marino ola bilər. Bizim üçün 5, yoxsa 4 komandalı qrupda olmaq yaxşıdı? Bunun hansısa üstünlüyü varmı? Bu sualları yığmanın sabiq baş məşqçisi Arif Əsədova ünvanladıq:

“4-cü səbətdə olduğumuza görə millimizdən aşağı pillədə komandaların düşməsi sərf edər. Həm xallar, həm də bizdən zəif komanda baxımından. Son illər 6 və 5 komandalı qruplar olur. Sonuncu Avropa çempionatının seçmə mərhələsində də 5 komandalı qrupda yarışdıq. Qrupda bir komandanın reytinqdə bizdən sonra olması daha məqsədəuyğundu”.


Xatırladaq ki, dekabrın 13-də Sürixdə keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15.00-da başlayacaq.
Seçilən
26
football-plus.az

1Mənbələr