AZ

NATO Asiyada qadağan olunmuş silahlarla gərginlik yaradır – Rusiya XİN  

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko NATO-nun Asiya regionunu Orta və Kiçik Mənzilli Raketlərin Ləğvi Müqaviləsi ilə qadağan olunmuş zərbə silahları ilə təmin etdiyini bildirib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Rudenko aşağıdakıları söyləyib:

“Donald Trampın birinci prezidentlik dövründə başladılan və Rusiya ilə Çin Xalq Respublikasını eyni anda cilovlamağa yönəlmiş layihə Co Bayden dövründə də inkişaf etdi. Bu, Asiyanın kəskin militarizasiyasına, xüsusilə də bu ölkələrin qadağan olunmuş silahlarla təmin olunmasına gətirib çıxardı".

O, ABŞ-da hakimiyyət dəyişikliyindən sonra Asiya-Sakit Okean regionunda gərginliyin artacağı ehtimalını şərh edərək, Vaşinqtonun gələcək planlarını proqnozlaşdırmaq istəmədiyini əlavə edib. Bununla yanaşı, Rudenko regiondakı ümumi vəziyyətin illərdir olduğu kimi pisləşməyə doğru getdiyini qeyd edib.

Seçilən
21
1
musavat.com

2Mənbələr