AZ

Günay Ağamalıdan TƏBRİK-“Birliyimiz bir ömür, sarsılmaz və yenilməz olsun”

Bu gün Azərbaycanın ictimai – siyasi arenasında öz möhrünü vuran Ana Vətən Partiyasının 34 illiyidir.
Partiyamız yarandığı 24 noyabr 1990-cı ildən başlayaraq ölkənin siyasi həyatında aktiv iştirak etməkdədir. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə xüsusi önəm verərək, milli iradənin daşıyıcılarından biri kimi fəaliyyətini yüksək səviyyədə qura bilmişdir.
Ana Vətən Partiyası 1996-cı ildən Azərbaycan Respublikasının Milli Məclisində təmsil olunmaqla ölkənin qanunverici fəaliyyətinə də öz töhfəsini verməkdədir.
Əziz və dəyərli Anavətənçilər!
Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, Cənab Sədrimiz Fəzail Ağamalının ətrafında sıx birləşərək ANA VƏTƏNİMİZ naminə gördüyümüz bütün işlərdə hər birinizə uğurlar diləyirəm! Əminəm ki, partiyamız bundan sonra da ölkəmizin siyasi mühitində, müstəqilliyimizin və dövlətçiliyimizin, demokratiyanın, milli dəyərlərin qorunması uğrunda fəaliyyətini uğurla davam etdirəcəkdir.
Tələbəlik illərimdən şərəflə addımladığım Ana Vətən Partiyasının sıralarında olmaqdan, haqq yolumuzda sizlərlə birgə yürüməkdən böyük qürur hissi keçirdirəm.
Birliyimiz bir ömür, sarsılmaz və yenilməz olsun. Günümüz mübarək!
Günay Ağamalı
Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini.
Seçilən
27
xalq.az

1Mənbələr