ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp kənd təsərrüfatı katibi vəzifəsinə Bruk Rollins təyin edəcək.
Day.Az-ın məlumatına görə, bu barədə Tramp öz sosial şəbəkə hesabında paylaşım edib. Bruk Rollins yeni hökumətdə kənd təsərrüfatı, qida təminatı, ərzaq təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də beynəlxalq ərzaq ticarəti ilə bağlı məsələlərə cavabdeh olacaq.
Qeyd edək ki, Rollins Trampın ilk prezidentlik dövründə Daxili Siyasət Şurasının rəhbəri vəzifəsini icra edib. Onun kənd təsərrüfatı sahəsində geniş təcrübəsi və rəhbərlik bacarığı yeni administrasiyada bu sektorun inkişafına töhfə verəcəyi gözlənilir.
Bu təyinat Trampın yeni kabinetinin formalaşması istiqamətində atılan mühüm addımlardan biri kimi qiymətləndirilir.