AZ

“Hələ çempionatın yarısına belə çatmamışıq, ona görə nəyinsə bitdiyini düşünmək tezdi” – Bəxtiyar Həsənalızadə

Premyer-liqada 14-cü turun açılış matçında “Araz-Naxçıvan” “Kəpəzi”i məğlub etdi. Naxçıvanlılar ən azı birgünlüyə “köhlən atlar”ı zirvədən endirməyi bacardı. “Qırmızı-ağlar” “Qarabağ”dan başqa bütün klublardan 3 xal ala bilib.

Oyundan sonra komandanın aparıcı yerli futbolçularından Bəxtiyar Həsənalızadə “Football-plus.az”a danışdı:

“Kəpəz”lə oyun çox ağır keçdi. Əvvəlcədən belə olacağını bilirdik. Həm də uzaq səfər idi, çox yorulduq. “Kəpəz” çox “artırıb”, həqiqətən də tam fərqli futbol oynayırlar. İkinci hissədə çətinliyimiz daha çox oldu. Çox şükür, imkanları qola çevirə, qalib gələ bildik”.


Bəxtiyar həm də komandasının məğlubiyyətsiz oyunlar seriyası haqda danışdı:

“Nəyisə xüsusi qeyd edə bilmirəm. Baş məşqçinin tapşırıqlarını meydanda səhvsiz yerinə yetirməyə çalışırıq. Ümid edirəm ki, davamlı olar. Hələ çempionatın yarısına belə çatmamışıq, ona görə nəyinsə bitdiyini düşünmək tezdi. Sona qədər çalışmaq lazımdı. Biz də əlimizdən gələni edirik ki, hər oyunda qələbə qazanaq, meydanda döyüşkən futbol nümayiş etdirək”.

RÖYANƏ OĞUZ
Seçilən
21
football-plus.az

1Mənbələr