AZ

Hava şəraiti qeyri-sabit keçəcək

Bakı. Trend:

Noyabrın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuzkeçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, gecə və səhərbəzi yerlərdə az çiskinli olacaq, axşam isə arabir yağış yağacağıehtimalı var. Arabir güclənən şimal-qərb küləyi günün ikinciyarısında mülayimləşəcək.

Havanın temperaturu gecə 9-11° isti, gündüz isə 12-14° istiolacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 763 mm civəsütununa yüksələcək. Nisbi rütubət 70-80 % arasında dəyişəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı havaşəraiti gözlənilir. Ayrı-ayrı ərazilərdə leysan xarakterli intensivyağıntılar, dağlıq ərazilərdə isə qar yağması ehtimalı var. Bəzibölgələrdə arabir dumanın yaranacağı da gözlənilir. Mülayim qərbküləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz isə 11-16° istiolacaq. Dağlıq ərazilərdə gecə 0-2° şaxta, gündüz isə 2-6° istiolacağı gözlənilir.

Seçilən
63
az.trend.az

1Mənbələr