AZ

"Turan Tovuz" rəhbərliyi Berdiyevlə bağlı görün nə etdi - ŞOK OLAY BUDUR!

«Turan Tovuz» rəhbərliyi Kurban Berdiyevi yoxlamaq üçün maraqlı üsula əl atıb. Bu barədə klubdan məlumat almışıq. Öyrəndiyimizə görə, baş məşqçiyə 8 legioner təklif edilib. Ondan əcnəbi oyunçular arasında seçim etməsi istənilib.
Həmin futbolçulardan birinin - hücumçunun qiyməti 2 milyon dollar civarında olub. Hansı ki, o, Türkiyənin aparıcı klublarının birinin maraq dairəsindədir. «Turan» rəhbərliyinin məqsədi bu deyil ki, Berdiyev istəsin, onu alsınlar. Məqsəd budur ki, görsünlər görək, rusiyalı çalışdırıcı həqiqətən onların izhləyir və incələyir, yoxsa necə.
72 yaşlı sükançının reaksiyası onları şok edib. Berdiyev bir neçə gündən sonra bu legionerlərin heç birindən xoşlamadığını deyib, «zay məhsul» adlandırıb.
Klub yönətmi bunu öyrənməklə «Baba»nın əsl niyyətini anlayıb. Artıq şübhə eləmirlər ki, baş məşqçi menecerinin maraqlarını hər şeydən üstün tutur. Burada söhbət dost agentin onun vasmtəsilə «Turan»a gətirməyə çalışdığı 2 legionerdən gedir. Berdiyev onlara görə rəhbərliyi bir-birinə vurub. 1 milyon dollar dəyərində forvardın və 800 min dollarlıq yarımmüdafiəçini qışda aldırmaqdan ötrü «dəridən-qabıqdan çıxır». Hətta deyib ki, bu transferlər olmasa, işini yarımçıq tərk edəcək və düşərgədən çıxıb gedəcək. Yayda 2+1 illik müqaviləsinə baxmayaraq!

SPORTİNFO.AZ

Seçilən
31
sportinfo.az

1Mənbələr