Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)“Çabad” yəhudi dini hərəkatının nümayəndəsi Zvi Koqan öldürülüb, onun meyiti BƏƏ-nin təhlükəsizlik xidmətləri tərəfindən aşkar edilib.
Teleqraf.com xəbər verir ki, nu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisi məlumat yayıb.
"BƏƏ-ninkəşfiyyat və təhlükəsizlik orqanları 2024-cü il noyabrın 21-də itkin düşən Zvi Koqanın cəsədini tapıblar. Zvi Koqanın qətli antisemitizm terrorunun cinayət əməlidir. İsrail Dövləti Onun ölümündə günahkar olanları məsuliyyətə cəlb etmək üçün bütün vasitələrdən istifadə edəcək", - deyə xəbərdə qeyd olunur.
Xatırladaq ki, İsrailin Milli Təhlükəsizlik Şurası bu yaxınlarda ölkə vətəndaşlarınıBƏƏ-də səyahət riskinin yüksək olduğu barədə xəbərdarlıq edib və bu ölkəyə vacib olmayan səfərlərdən çəkinməyə çağırmışdı.