“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen ardıcıl 4-cü dəfə "Formula 1" üzrə dünya çempionatının qalibi olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, buna Las Veqas Qran-prisini beşinci sırada başa vurmaqla nail olub.
ABŞ-dəki yarışda "Mercedes" sürücüsü Corc Rassel birinci olub. Onun komanda yoldaşı Lyuis Hemilton ikinci yeri tutub.
"Ferrari"dən Karlos Sayns "üçlüy"ü tamamlayıb.
Qeyd edək ki, mövsümün başa çatmasına daha iki Qran-pri qalıb.