AZ

“Mançester Siti” uruqvaylı futbolçunu izləyir

Lissabon “Sportinq”inin vingeri Maksimiliano Arauxo “Mançester Siti”nin maraq dairəsindədir.

Apasport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının çempionu uzun müddətdir ki, uruqvaylı futbolçunun çıxışını izləyir.

“Şəhərlilər”i ən çox cəlb edən Arauxonun hücum etməklə yanaşı, həm də, cinah oyunçusu kimi çıxış edə bilməsidir.

24 yaşlı futbolçu bu mövsüm müxtəlif turnirlərdə 14 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Sportinq”lə hazırkı müqaviləsi 2029-cu ilin yayında başa çatacaq.

“Qalatasaray” və “Fənərbaxça” sensasiyaya imkan vermədi

"Bayer" və "Borussiya"dan böyükhesablı qələbə

“Bavariya” Virtz transferində israrlıdır

Zubimendi “Liverpul”un hədəfində

Flik “Barselona”da uzun müddət qalmayacaq

Seçilən
25
apasport.az

1Mənbələr