AZ

COP29 bir dönüş nöqtəsi oldu - Deputat

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konransının Bakıda keçirilən 29 sessiyası (COP29) başa çatdı. Azərbaycan 11 ay hazırlaşdığı bu beynəlxalq tədbirə layiqli şəkildə evsahibliyi etdi və 196 ölkədən 72 min iştirakçını ölkəmizdə böyük hörmətlə, yüksək qonaqpərvərliklə qarşıladı. 

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Azər Badamov bildirib ki, COP 29-un keçirilməsi böyük məsuliyyət tələb edirdi:

 

"Bu tədbirə hazırlaşmaq üçün zamanımız çox az idi. Amma Azərbaycan bütün hazırlıq işlərini vaxtında başa çatdıra bildi və dünya ölkələrinin liderlərini, siyasətçilərini, elm adamlarını, beyin mərkəzlərinin nümayəndələrini və.s qəbul etməyə hazır oldu. COP 29-a ev sahibliyimizdə ölkəmizi dəstəkləyən bəzi ölkələr Azərbaycanın bu işin öhdəsindən uğurla gəldiyini görərək qısqanclıqla yanaşmağa başladılar. Belə ki, ölkəmizə qarşı qərəzli, qeyri-obyektiv qərarlar qəbul olundu, COP 29-un Bakıda keçirilməsini boykot edilməsinə çağırışlar səsləndirildi və həmin ölkələrin rəhbərləri ölkəmizə gəlib qlobal tədbirə qoşulmaqdan yaxasını kənara çəkdilər. Halbuki bu BMT-nin tədbiri idi. Amma Azərbaycan Qərbin bu ədalətsiz yanaşmalarına fikir vermədi və beynəlxalq konfransının keçirlməsi üçün on minlərlə qonaqları qəbul etdi. Ölkəmizə qarşı qarayaxma kampaniyaları yayan dairələrə ən düzgün cavabımız COP 29-u uğurla başa çatdırmağımız və bu tədbirdə iqlim dəyişikliklərilə bağlı qlobal gündəlik üçün əhəmiyyətli qərarların qəbul olunması oldu". 

 

 

Deputat söyləyib ki, Azərbaycan ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə məsuliyyətlə yanaşaraq onun nəticəyönümlü olmasına çalışır:   

 

"COP29 bu baxımdan ondan əvvəl keçirlmiş COP-ların içində bir dönüş nöqtəsi oldu. Ölkəmizə gəlmiş çoxsaylı qonaqların tədbirin keçirlməsindən, yaradılmış şəraitdən məmnunluqlarını bildirməsi və qəbul olunan qərarların əhəmiyyəti COP 29-un uğurudur. Azərbaycan dövlət başçısının uzaqgörən siyasəti beynəxlalq arenada dostlarımızın sayının artmasına, mövqelərimizin möhkəmlənməsinə və sözümüzün gücünün artmasına yol açır. Biz COP 29-un uğurla başa çatması münasibətilə xalqımızı təbrik edə bilərik. Çünki, Azərbaycanın COP29-u keçirməklə müstəqil siyasətimizi həzm edə bilməyən dairələrin üzərində növbəti qələbə qazandığını deyə bilərik".

Seçilən
11
50
modern.az

10Mənbələr