2024-cü ildə rusiyalılar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) mənzil almağa daha çox üstünlük veriblər.
Rusiya mediası xəbər verir ki, “NF Group” konsaltinq şirkətinin araşdırmasına görə, BƏƏ daşınmaz əmlak almaq üçün rusiyalılar arasında ən populyar xarici ölkəyə çevrilib.
Ekspertlərin sözlərinə görə, bir il əvvəl rusiyalılar ən çox Türkiyədə ev və mənzil alırdılar. Daşınmaz əmlak alışında lider dəyişikliyi Türkiyədə yaşamaq icazəsi almaq üçün yeni siyasətin tətbiqi, həmçinin pul köçürmələri ilə bağlı çətinliklər səbəbindən baş verib.
Bildirilir ki, 2024-cü ildə Avropada daşınmaz əmlak almağa maraq nəzərəçarpacaq dərəcədə artıb: Macarıstan rusiyalılar arasında ən populyar məkanlar arasında ikinci, Fransa isə üçüncü yerdədir. Daşınmaz əmlaka tələbin sabit qaldığı Yunanıstan dördüncü yerdə qərarlaşıb. Beşinci yeri isə İndoneziya, Tailand və İspaniya bölüşür.