AZ

“Bloomberg”: ABŞ-nin Ukraynaya silah tədarükünü artırmaq imkanı məhduddur

ABŞ Prezidenti Cozef Bayden administrasiyasının Ukraynaya silah tədarükünü artırmaq imkanı məhduddur.

Bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunub ki, Baydenin Ukraynaya silah tədarükünü artırmaq imkanında məhdudiyyətlər var, çünki vəsaitin çox hissəsi yalnız Pentaqonun anbarında olan silahlar üçün istifadə edilə bilər.

Agentlik qeyd edib ki, digər tərəfdən Amerika hakimiyyəti Kiyevə böyük miqdarda silah və sursat göndərə bilməz, çünki bu, ABŞ qoşunlarının müdafiə qabiliyyətini azaldacaq.

“Bloomberg” hesab edir ki, Bayden və onun administrasiyası ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasiminə qalan iki aydan az müddətdə Kiyevə maksimum dəstək verməyə və Moskvaya təzyiq göstərməyə çalışır.

Seçilən
11
10
sam.az

10Mənbələr