Formula 1 üzrə dünya çempionatında 22-ci mərhələ geridə qalıb. Amerika Birləşmiş Ştatlarında baş tutan yarışda “Mersedes” komandası dubl edib.
Las-Veqas trassında finiş xəttini hamıdan əvvəl Corc Rassel keçib. Komanda yoldaşı Lyuis Həmilton ikinci nəticə göstərib. Podiumun son pilləsi isə “Ferrari” komandasının üzvü Karlos Saynsa qismət olub.
Yarışın ən əlamətdar hadisəsi isə dünya çempionunun rəsmiləşməsidir. Niderlandlı sürücü Maks Ferstappen 22-ci mərhələdə çempionluğu təmin edib. Lando Norrisi 61 xal qabaqlayan pilot bu dəfə də ondan öndə olub. Bu isə Norrisin çempionluğq şanslarının rəsmən itirlməsi deməkdir.
Beləliklə, Maks Ferstappen ardıcıl 4-cü dəfə Formula 1 üzrə dünyü çamepionatının qalibidir. O, tarixdə ardıcıl bunu etməyi bacaran Fanxio, Şumaxer, Fettel və Həmiltondan sonra 5-ci sürücüdür.