"Red Bull" pilotu Maks Ferstappen dalbadal 4-cü dəfə dünya çempionluğunu əldə edib.
İdman.biz xəbər verir ki, o, yarışın tarixində ardıcıl 4 və daha çox titul qazanan 5-ci sürücü olub.
Maksdan əvvəl Xuan Maneul Fanxio, Sebastyan Fettel, Lyuis Hemilton dalbadal 4 dəfə, Mixael Şumaher isə 5 dəfə bu uğura imza atıb.
Ferstappen dünya çempionatlarında titul sayına görə, "ilk altılığ"a daxil olub. O, Prost və Fettellə birlikdə 4-6-ci pillələri bölüşür. Siyahıya 7 çempionluqla Şumaher və Hemilton başçılıq edir.
"Formula-1"də çempionluq sayı
1. Mixael Şumaher - 7 qat dünya çempionu
2. Lyuis Hemilton - 7 qat dünya çempionu.
3. Xuan Maneul Fanxio - 5 qat dünya çempionu.
4. Alen Prost - 4 qat dünya çempionu
5. Sebastyan Fettel - 4 qat dünya çempionu
6. Maks Ferstappen - 4 qat dünya çempionu
İdman.biz