AZ

"Arsenal" Premyer Liqada 2000-ci qələbə qazanan ikinci komanda olub

İngiltərə təmsilçisi "Arsenal" Premyer Liqada 2000-ci qələbə qazanan ikinci komanda olub.

"Report" xəbər verir ki, "topçular" bu uğura XII turda "Nottinqem"ə qalib gəlməklə (3:0) imza atıblar.

Ölkə çempionatında ən çox qələbə qazanan klub "Liverpul"dur (2068).

Qələbələrin sayına görə, “Mançester Yunayted” (1910), “Everton” (1901), “Aston Villa” (1724), “Mançester Siti” (1597), “Tottenhem” (1509) və “Çelsi” (1480) bir-birini təqib edir.

Seçilən
50
2
far.az

3Mənbələr