AZ

Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək

Ukrayna ilə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp arasında mühüm danışıqlar onun andiçmə mərasimindən sonra mümkün olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə açıqlamasında söyləyib.

“Görüşlərin nə vaxt keçiriləcəyini bilmirəm, Bu, çox şeydən asılıdır – təkcə qrafiklərdən deyil, həm də görüşlərin keçirilməsinin legitimliyindən”, - deyə Zelenski qeyd edib.

Zelenski komanda səviyyəsində danışıqlar prosesinin davam etdiyini qeyd edib və vurğulayıb ki, indi bəzi qüvvələr Kiyev və Vaşinqton arasında möhkəm müttəfiqliyin qarşısını almağa çalışır.

Prezident Zelenski vurğulayıb ki, Ukraynanın gələn il müharibəni bitirmək üçün hər cür şansı var, yeni ABŞ prezidentindən müharibəni bitirmək planı ilə bağlı yeni təkliflər eşitmək lazımdır. Zelenski bunun yanvarda mümkün olacağını qeyd edib.

“Biz müzakirələrə açığıq, mən bunu bir daha deyəcəyəm, yeri gəlmişkən, Afrika ölkələrinin, Asiya və ərəb dövlətlərinin liderlərindən də təklifləri görməyə hazırıq. O cümlədən ABŞ-ın yeni prezidentinin təkliflərini görmək istəyirəm. Düşünürəm ki, biz bu təklifləri yanvarda görəcəyik və bu, müharibəni bitirmək üçün bir planımız olacaq”, - deyə Zelenski bildirib.

Seçilən
14
2
yeniazerbaycan.com

3Mənbələr