Bu gün Formula 1 üzrə dünya çempionatında 2024-cü il mövsümünün növbəti mərhələsi – 22-ci qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Amerika Birləşmiş Ştatlarında təşkil olunub.
Nevada ştatının Las Veqas şəhərindəki yarışda “Mersedes” komandası dubl edib. Finiş xəttini hamıdan əvvəl Corc Rassel keçib. Onun komanda yoldaşı Luis Hamilton ikinci nəticə göstərib. Podiumun son pilləsi isə “Ferrari” komandasının üzvü Karlos Saynsa qismət olub.
Yarışın ən əlamətdar hadisəsi isə dünya çempionunun rəsmiləşməsidir. Niderlandlı sürücü Maks Ferstappen 22-ci mərhələdə çempionluğu təmin edib. Lando Norrisi 61 xal qabaqlayan pilot bu dəfə də ondan öndə olub. Bu isə Norrisin çempionluğq şanslarının rəsmən itirlməsi deməkdir.
Beləliklə, Maks Ferstappen ardıcıl 4-cü dəfə Formula 1 üzrə dünyü çempionatının qalibi olub. O, tarixdə ardıcıl 4 çempionluq əldə etməyi bacaran Fanxio, Şumaxer, Fettel və Hamiltondan sonra 5-ci sürücüdür.
22 turdan sonra 403 xala malik Maks Ferstappen vahid liderdir. Lando Norris 340 xalla 2-ci, Şarl Lekler isə 319 xalla 3-cü sırada qərarlaşıb.
Mühəndislər Kubokunda “Maklaren” 608 xalla zirvədə qərarlaşıb. İkinci olan “Ferrari” xallarının sayını 584-ə çatdırıb, “Red Bull” isə 555 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2024 mövsümünün növbəti – 23-cü qran-prisi Qətərdə keçiriləcək. Sözügedən yarış dekabrın 1-də Lusail şəhərində baş tutacaq.
Dünya çempionatı, 2024
Pilotların yarışında turnir cədvəli:
- Maks Ferstappen (Red Bull) – 403
- Lando Norris (Maklaren) – 340
- Şarl Lekler (Ferrari) – 319
- Oskar Piastri (Maklaren) – 268
- Karlos Sayns (Ferrari) – 259
- Corc Rassell (Mersedes) – 217
- Luis Hamilton (Mersedes) – 208
- Serxio Peres (Red Bull) – 152
- Fernando Alonso (Aston Martin) – 62
- Niko Hulkenberq (Haas) – 35
- Yuki Tsunoda (Rasinq Bulls) – 30
- Pyer Qasli (Alpin) – 26
- Lens Stroll (Aston Martin) – 24
- Esteban Okon (Alpin) – 23
- Kevin Maqnussen (Haas) – 14
- Aleksander Albon (Uilyams) – 12
- Daniel Rikkardo (Rasinq Bulls) – 12
- Oliver Berman (Ferrari) – 7
- Franko Kolapinto (Uilyams) – 5
- Liam Louson (Rasinq Bulls) – 4
- Jou Quanyu (Zauber) – 0
- Loqan Sarcent (Uilyams) – 0
- Valtteri Bottas (Zauber) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Maklaren – 608
- Ferrari – 584
- Red Bull – 555
- Mersedes – 425
- Aston Martin – 86
- Haas – 50
- Alpin – 49
- Rasinq Bulls – 46
- Uilyams – 17
- Zauber – 0