AZ

Səfir: “Türkiyə Rusiyaya imkan vermədi ki...”

“Ukraynada müharibə başlayandan bəri Türkiyənin Montrö Konvensiyasına uyğun olaraq Bosfor və Çanaqqala boğazlarını bağlaması Rusiyanın dənizdəki üstünlüyündən istifadə edərək Odessa, Nikolayev və digər əraziləri ələ keçirməsinə mane olub”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar “Ukrinform”-a müsahibəsində deyib.

“Ukraynanın müdafiəsində əsas mərhələlərdən biri Türkiyənin Bosfor və Çanaqqala boğazlarını bağlaması olub.

Biz bir “Moskva2nı batırdıq, daha iki rus kreyseri Aralıq dənizində gözləyirdi.

Türkiyənin boğazları bağlaması, məncə, Rusiyanın dənizdəki üstünlüyündən istifadə edərək Odessa, Nikolayev və Moskvanın planlarına görə dənizdən əməliyyatlar nəticəsində işğal edilməli olan digər əraziləri ələ keçirməyə imkan vermədi”,-deyə Bodnar vurğulayıb.

Ukraynalı diplomat Türkiyənin Ukrayna üçün ciddi nəqliyyat mərkəzinə çevrildiyini də xatırladıb. 

Seçilən
33
cebheinfo.az

1Mənbələr