"Arsenal" İngiltərə Premyer Liqasında (İPL) 2000 qələbə həddinə çatan ikinci komanda olub.
Fanat.Az xəbər verir ki, London təmsilçisi bu uğuru çempionatın XII turunda "Nottingem Forest"i darmadağın edərək (3:0) imza reallaşdırıb.
İngiltərənin elit birinciliyində ən çox qələbə qazanan usə "Liverpul"dur. "Qırmızılar" 2068 dəfə rəqiblərini üstələyiblər.
Sonrakı yerlərdə “Mançester Yunayted” (1910), “Everton” (1901), “Aston Villa” (1724), “Mançester Siti” (1597), “Tottenhem” (1509) və “Çelsi” (1480) qərarlaşıblar.