Türkiyəli keçmiş model Güzide Duran şəxsi həyatı ilə gündəmə gəlib.
Day.Az axşam.az-a istinadən bildirir ki, model 16 ildir ailəli olduğu Adnan Aksoydan boşanır.
O, artıq bunun üçün məhkəməyə müraciət edib.
Qeyd edək ki, Güzide və Adnan 2008-ci ildə ailə qurub. Model 2022, 2023-cü illərdə də boşanmaq istəyib. Onların 2 övladı var.