AZ

İsrail hökuməti Çabad hərəkatının nümayəndəsinin cəsədinin tapıldığını açıqlayıb

İsrail hökuməti Birləşmiş Ərəb Əmirliklərinin kəşfiyyat və təhlükəsizlik orqanlarının itkin düşən Çabad emissarı Zvi Koqanın cəsədinin tapıldığını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Tazpit agentliyi məlumat yayıb.

Bildirilib ki, Zvi Koqanın qətli antisemitizm və terror hadisəsidir.

İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin Mossad kəşfiyyat xidməti və İsrail Milli Təhlükəsizlik Şurası (MTŞ) adından yaydığı bəyanatda Koqanın İsrail və Moldova vətəndaşı olduğu, noyabrın 21-i yoxa çıxdığı qeyd edilib.

Seçilən
16
3
yeniazerbaycan.com

4Mənbələr