İsrailin Livanın “Amriya” hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində bir əsgər həlak olub, 18 nəfər yaralanıb.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Livanın baş naziri Nəcib Mikati deyib.
O, bunu İsrailin insan tələfatı və yaralanması ilə nəticələnən birbaşa qanlı mesaj adlandırıb.
Məhərrəm Ağalaroğlu, “İki sahil”