AZ

SENSASİON İDDİA: Husilər yəmənliləri Ukrayna müharibəsinə GÖNDƏRİR

Husilər Yəmən vətəndaşlarını aldatma yolu ilə Ukraynaya qarşı müharibəyə cəlb edib.

Musavat.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın "Financial Times" qəzeti məlumat yayıb.

Nəşr yazır ki, husilərlə əlaqəli olan "Al Jabri General Trading & Investment Co SPC" şirkəti Yəmənli kişilərə Rusiyada işləmək üçün 10 min dollar bonus, ayda 2 min dollar maaş və Rusiya vətəndaşlığı təklif edib.

İddia olunur ki, cəlb olunan şəxslərin imzaladığı müqavilələrdə husilərin siyasətçisi Abdülvali Abdo Həsən əl-Cabrinin sahib olduğu şirkətin adı göstərilib. 3 iyul tarixli sənədlərdən biri isə Rusiyanın Nijni Novqorod şəhərindəki “kontraktorların seçimi mərkəzinin” nümayəndəsinin imzasını daşıyır.

Məlumatda vurğulanır ki, Yəmən vətəndaşlarından biri, 200 nəfərlik bir qrupla birlikdə müqavilə imzaladığını və hərbi hazırlıq keçmədən birbaşa döyüş bölgəsinə göndərildiklərini bildirib.

Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr