AZ

Azərbaycanlı məşqçiyə ölkə xaricindən təklif gəldi

Bir müddət əvvəl Albaniyanın "Biliş" klubundan ayrılan Rüfət Quliyevə yenidən Albaniyadan təklif gəlib.

Sportal.az saytına verilən məlumata görə, "Biliş"dən maaşını ala bilmədiyi üçün azərbaycanlı məşqçinin xidmətində "Erzeni" klubu maraqlıdır.

Belə ki, Albaniya birinci liqasında yarışan "Erzeni" baş məşqçi postunu Rüfət bəyə tapşırmaq niyyətindədir.

Lakin hələ ki, tərəflər arasında konkret razılıq əldə olunmayıb. 

Qeyd edək ki, Quliyev yayda "Biliş"lə anlaşmışdı. O, əsas komandada köməkçi məşqçi, əvəzedici heyətdə isə baş məşqçi kimi çalışırdı. Amma rəhbərlik vəd etdiyi şərtləri yerinə yetirmədiyi üçün Quliyev oradan ayrılıb.

saytlarin hazirlanmasi

Seçilən
26
2
sportal.az

3Mənbələr