Azərbaycanın kişilərdən ibarət basketbol millisi bu gün DÇ-2027-nin Avropa zonasının 1-ci seçmə mərhələsində 4-cü oyununa çıxıb.
“İki sahil” xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi komanda İsveçrə millisini qəbul edib.
Bakı İdman Sarayında keçirilən görüş İsveçrənin 85:55 hesablı qələbəsi ilə başa çatıb.
24 noyabr
DÇ-2027, Avropa zonası, seçmə mərhələ
A qrupu
4-cü tur
14:00. Azərbaycan – İsveçrə - 55:85 (20:15, 15:22, 8:24, 12:24)
21:00. İrlandiya - Kosoovo
Qeyd edək ki, Azərbaycan millisi ilk görüşdə İsveçrəyə 53:72 hesabı ilə uduzub.
Xal durumu: İsveçrə – 8 xal, Azərbaycan – 5 xal, İrlandiya - 4 xal, Kosovo - 4 xal