Avropa Komissiyasının prezidenti Ursula von der Leyen Bakıda baş tutan COP 29 tədbiri haqqında X sosial şəbəkəsində paylaşım edib.
Qaynarinfo-nun verdiyi xəbərə görə, Ursula von der Leyen paylaşımında qeyd edib:
"Mən COP29 sazişini alqışlayıram. Bu, iqlim sahəsində əməkdaşlıq və maliyyə üçün yeni dövrə işarə edir.
O, təmiz keçidə investisiyaları yönəldəcək, emissiyaları azaldacaq və iqlim dəyişikliyinə davamlılığı artıracaq.
Aİ dəstəyi ən həssas qruplara yönəldərək liderlik etməyə davam edəcək."
Aydın
I welcome the COP29 agreement.
— Ursula von der Leyen (@vonderleyen) November 24, 2024
It marks a new era for climate cooperation and finance.
It will drive investments in the clean transition, bringing down emissions and building resilience to climate change.
The EU will continue to lead, focusing support on the most vulnerable.